» » Savçenko Moskvaya yola düşüb – VİDEO

Savçenko Moskvaya yola düşüb – VİDEO

Savçenko Moskvaya yola düşüb – VİDEO

Daha öncə Donbasda jurnalistlərin qətli ilə Rusiyada mühakimə edilən və sərbəst buraxılan Nadejda Savçenkonun sabiq vəkili onun Ukrayna təşkilatının üzvləri olan Nikolay Karpyuk və Stanislav Klıxın işi üzrə məhkəmədə iştirak etmək üçün Moskvaya gəldiyini bəyan edib. 

Ucarliyiq.biz bu barədə xəbər verir. 

Rusiya Ali Məhkəməsi Ukrayna ekstremist qrupunun üzvləri Nikolay Karpyuk və Stanislav Klıxınə dair hökmün qanuniliyini yoxlayacaq. Daha öncə Çeçenistanın Ali Məhkəməsi onları 22,5 və 20 il müddətinə azadlıqdan məhrumetmə barədə hökm çıxarıb. 

“Nadejda Savçenko Moskvaya Karpyuk və Klıxın Ali Məhkəmədəki apellyasiyasına görə gəlib”, - İlya Novikov “Twitter” hesabında yazıb. 

Bir müddət sonra Savçenko “Facebook” səhifəsində Karpyuk və Klıxın məhkəmə iclasında iştirak etmək niyyətinin olmasına dair video yerləşdirib. O qeyd edib ki, bu, siyasi intihar olsa belə, bu addımı atacaq. 

[/b]

[b]ucarliyiq.biz