» » Rusiyada Medvedevin iştirak etdiyi forum yanıq iyinə görə dayandırılıb

Rusiyada Medvedevin iştirak etdiyi forum yanıq iyinə görə dayandırılıb

Rusiyada Medvedevin iştirak etdiyi forum yanıq iyinə görə dayandırılıb

“Skolkovoda açıq innovasiyalar” forumu binada gələn səs və yanıq iyinə görə yarımçıq dayandırılıb. 

Ucarliyiq.biz xəbər verir ki, sessiyada Rusiya baş naziri Dmitri Medvedev, baş nazirin müavini Arkadi Dvorkoviç, hökumət üzvləri, biznesmenlər iştirak edirdilər. 

Gələn səslərdən sonra forumun aparıcısı qonaqlara və iştirakçılara zalı tərk etməyi təklif edib, baş nazir də heyəti ilə zalı tərk edib. 

Skolkovo yanğınsöndürən xidmətinin əməkdaşları qısa qapanmanın baş verdiyini bildiriblər. Onlar yanğının binanın günbəzlərindən birində baş verdiyini dəqiqləşdiriblər. 

[/b]

[b]ucarliyiq.biz