» » “National Geographic”in məşhur “Əfqan qız”ı həbs edilib – FOTO

“National Geographic”in məşhur “Əfqan qız”ı həbs edilib – FOTO

“National Geographic”in məşhur “Əfqan qız”ı həbs edilib – FOTO

“National Geographic” jurnalının üz qabığında fotosu dərc edilmiş Əfqanıstan vətəndaşı olan məşhur qadın Pakistanda həbs edilib.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, Şərbət Qula adlı həmin xanımın həbs edilməsinə səbəb olaraq Əfqanıstandan gəldiyi vaxtdan Pakistanda qanunsuz yaşaması göstərilib.

Məlumata görə, ondan şəxsiyyətini təsdiqləyən Əfqanıstan və Pakistana aid sənədlər götürülüb.

Xəbərdə bildirilib ki, Şərbət Qulanı 14 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Şərbət Qula fotosu 1985-ci ildə “National Geographic” jurnalının üz qabığında dərc edildikdən sonra məşhurlaşıb. Həmin fotonun müəllifi jurnalist Stiv Makkaridir. Şəkil Əfqanıstanda qaçqın düşərgəsində çəkilib və jurnalda “Əfqan qız” adı ilə dərc edilib.

“National Geographic”in məşhur “Əfqan qız”ı həbs edilib – FOTO

“National Geographic”in məşhur “Əfqan qız”ı həbs edilib – FOTO

“National Geographic”in məşhur “Əfqan qız”ı həbs edilib – FOTO

ucarliyiq.biz