» » Terrorçular 232 dinc sakini edam etdilər

Terrorçular 232 dinc sakini edam etdilər

Terrorçular 232 dinc sakini edam etdilər

“İslam dövləti” terror təşkilatının yaraqlıları İraqın Mosul şəhəri yaxınlığında yerləşən iki yaşayış məntəqəsində 232 dinc sakini edam ediblər.

Ucarliyiq.biz-ın məluamtına görə, bu barədə iraqlı deputat, parlamentin insan hüquqları komitəsininsədrii Əbdül Rəhim əş-Şəmri bəyan edib.

“Terrorçuların Naynava əyalətində vəhşiliklər törətməkdə davam edirlər. Onlar Hammam-əl-Alil rayonunda 190 nəfəri edam ediblər. Daha 42 dinc sakin isə İŞİD-lə əməkdaşlıqdan imtina etdiklərinə görə terrorçuların qurbanı olublar”, - deyə deputat bildirib.

Qeyd edək ki, oktyabrın 17-də İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

[/b]
[b]ucarliyiq.biz