» » Türkmənistan müstəqilliyinin 25 illiyini qeyd edir

Türkmənistan müstəqilliyinin 25 illiyini qeyd edir

Türkmənistan müstəqilliyinin 25 illiyini qeyd edir

Türkmənistan sakinləri bu gün və sabah dövlət bayramı – Müstəqillik gününü qeyd edirlər. Bu il tədbirlər, xüsusilə, təntənəli keçiriləcək. Müstəqil Türkmənistanın 25 yaşı tamam olur.

Ucarliyiq.biz xəbər verir ki, əsas tədbirlər Aşqabadda keçiriləcək. Başda prezident Qurbanqulu Berdıməhəmmədov olmaqla, ölkə rəhbərliyi Müstəqillik monumentinin qarşısına çiçək qoyacaqlar.  

Daha sonra mərkəzi meydanda prezident iqamətgahı qarşısında hərbi parad olacaq. Paradda türkmən qoşunlarının hərbi gücü nümayiş ediləcək, eləcə də ölkənin bütün regionlarından olan heyətlərin yürüşü keçiriləcək. 

Türkmənistan 1991-ci ilin oktyabrın 27-də müstəqillik qazanıb. Türkmənistan SSR Ali Şurası həmin gün müstəqillik məsələsi üzrə ümumxalq referendumunun nəticələrini açıqlayaraq “Türkmənistanın müstəqilliyi və dövlət quruluşu haqqında” Konstitusiya qanununu qəbul edib. Bu Konstitusiya qanunu Türkmənistan SSR sərhədləri ərazisində müstəqil, demokratik Türkmənistan dövlətini elan etdi. 


ucarliyiq.biz