» » Venesuelada polis və etirazçılar arasında qarşıdurma: Ölənlər var

Venesuelada polis və etirazçılar arasında qarşıdurma: Ölənlər var

Venesuelada polis və etirazçılar arasında qarşıdurma: Ölənlər var

Venesuelanın Miranda ştatında etiraz aksiyasını dağıtmağa cəhd zamanı bir polis öldürülüb, iki polis yaralanıb. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Nestor Reverol bildirib.

Nazir əlavə edib ki, bir qrup vətəndaşa atəş açaraq üç nəfəri yaralayan Suliya ştatının polislərinə dair araşdırma başlayıb. 

Çərşənbə günü Venesuelanın bir sıra regionlarında hakimiyyətin tərəfdaşları, eləcə də müxalifət nümayəndələrinin iri nümayişləri keçirilib. “Foro Penal” qeyri-hökumət təşkilatının nümayəndəsi Alfredo Romeronun məlumatına görə, müxalifət aksiyasında 20 nəfərdən çox adam xəsarət alıb, 140-dan çox adam saxlanılıb. 


ucarliyiq.biz