» » Qırğızıstan prezidenti müşavirini işdən çıxartdı

Qırğızıstan prezidenti müşavirini işdən çıxartdı

Qırğızıstan prezidenti müşavirini işdən çıxartdı

Qırğızıstan prezidenti Almazbəy Atambayev öz müşaviri İkramcan İlmiyanovu işdən çıxarıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə qırğız dövlət başçısının mətbuat xidməti məlumat yayıb. 

Müvafiq fərmanı Atambayev cümə günü imzalayıb. 

“Almazbəy Atambayev İlmiyanov İkramcan Səttaroviçin başqa işə keçirilməsi ilə əlaqədar  tutduğu prezident müşaviri vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb ”, - prezidentin mətbuat xidmətinin rəhbəri bildirib. 

İlmiyanov prezidentə yaxın olan şəxslərdən biridir və Atambayevin bütün karyerası boyu yanında olub. O, Atambayevin 2010-cu ildə müvəqqəti hökumətin rəhbəri olduğu dövrdə də birinci müavini olub, 2012-ci ildən qırğız dövlət administrasiyasının rəhbərinin müavini olub. 2015-ci ildə müxalifət KİV-də İlmiyanovun qırğız siyasətinin “boz kardinalı” olmasına dair bir sıra məqalələrdən sonra işdən azad edilərək prezidentin müşaviri vəzifəsinə təyin edilib.  


ucarliyiq.biz