» » Suriyada məktəbə hücum nəticəsində 22 şagird ölüb

Suriyada məktəbə hücum nəticəsində 22 şagird ölüb

Suriyada məktəbə hücum nəticəsində 22 şagird ölüb

BMT-nin uşaq fondu UNICEF Suriyanın İdlib şəhərində məktəbə hücum zamanı 22 uşağın və altı müəllimin öldüyünü bildirib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə fondun icraçı direktoru Entoni Leykin bəyanatında deyilir. 

“Məlumata görə, bu gün Suriyanın İdlib şəhərində məktəb binasına hücum nəticəsində 22 şagird və altı müəllim ölüb”, - fondun icraçı direktoru bəyan edib. 

Uşaqların və müəllimlərin hansı hücumun nəticəsində öldükləri dəqiqləşdirilmir. 

Suriyada 2011-ci ilin mart ayından silahlı qarşıdurma davam edir. BMT-nin məlumatına görə, bu müddət ərzində 220 mindən çox adam ölüb. 


ucarliyiq.biz