» » Eyro və Nalbandyan Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər

Eyro və Nalbandyan Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər

Eyro və Nalbandyan Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər

Fransanın XİN rəhbəri Jan-Mark Eyro bu gün Ermənistandan olan həmkarı Edvard Nalbandyan ilə ikitərəfli münasibətlərə dair bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə edəcəklər. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə jurnalistlərə Fransa XİN-in rəsmi nümayəndəsi Romen Nadal bildirib. 

“Jan-Mark Eyro Ermənistandan olan həmkarı Edvard Nalbandyanı qəbul edəcək. Bu, xüsusilə də ikitərəfli əməkdaşlığa dair sazişlərin imzalanması fransız-erməni əlaqələrinə yeni təkan olacaq”, - Nadal bəyan edib. 

Eləcə də Nadalın sözlərinə görə, iki nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını danışıqlar yolu ilə dinc və dayanıqlı şəkildə həllini tapmaq üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərini müzakirə edəcəklər.


ucarliyiq.biz