» » Rasim Balayev: "O cür sənətkarın üstündə əsmək lazımdır e…"

Rasim Balayev: "O cür sənətkarın üstündə əsmək lazımdır e…"

Rasim Balayev: "O cür sənətkarın üstündə əsmək lazımdır e…"

Xalq artisti, tanınmış aktyor Rasim Balayev həmkarı Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrından getməsinə görə təəssüf hissi keçirdiyini bildirib.

Publika.az-a açıqlama verən R.Balayev hesab edir ki, o haqlı qərar verib: "Fuad Poladov böyük aktyordur. Şəxsiyyəti, ləyaqəti, xarakteri olan insandır. O elə-belə, düşünülməmiş qərar verən adam deyil. Gör hansı həddə çatıb, daha doğrusu, onu hansı həddə çatdırblar ki, istefa verib. Əcəb eləyib. Fuad Poladov heç nə itirmədi, itirən teatr oldu. Bunlar başa düşmürlər ki, o cür sənətkarları qorumaq, üstündə əsmək lazımdır e…"