» » Ermənistan vətəndaşlarına nəzarəti sərtləşdirir

Ermənistan vətəndaşlarına nəzarəti sərtləşdirir

Ermənistan vətəndaşlarına nəzarəti sərtləşdirir

Martirosyanın qaçışından sonra.

Cinayət işinin açıldığı Vaan Martirosyanın 2015-ci ilin sentyabrında Azərbaycana qaçışından sonra, Ermənistanın baş prokuroru Gevork Kostanyan bu qəbildən olan hadisələrin qarşısını almaq üçün prokurorlara haqqında cinayət təqibi həyata keçirilən, amma azadlıqda olan vətəndaşlara nəzarəti gücləndirməyə dair tapşırıq verib.

ucarliyiq.biz news.am-a istinadən xəbər verir ki, sentyabrın 30-da jurnalistlərlə söhbətdə baş prokuror qeyd edib ki, onun tapşırığı ilə prokurorlar heç bir yerə getməmək barədə iltizam imzalayan istənilən vətəndaşın pasportunun alınmasına nail olmalıdırlar.

Bununla yanaşı, Kostanyan vurğulayıb ki, pasportun müsadirə edilməsi qanunla müəyyən edilməyib, və bu hər bir müstəntiqin qərarı ilə olmalıdır.

“Qanun məcburi şərt müəyyən etməyib, və bunu işi aparan subyekt, ilkin araşdırma aparan müstəntiq anlamalıdır. O, pasportun müsadirəsinin məqsədəuyğun olub olmamasını anlamalıdır, belə ki, müstəntiqin buna formal səlahiyyəti yoxdur”, - Ermənistanın baş prokuroru deyib.