» » KİV: Husilər Məkkə istiqamətində ballistik raket atıb

KİV: Husilər Məkkə istiqamətində ballistik raket atıb

KİV: Husilər Məkkə istiqamətində ballistik raket atıb

Yəmənin qiyamçı-husiləri Məkkə istiqamətində ballistik raket atıblar, raketi havada məhv etmək mümkün olub. 

Ucarliyiq.biz SPA agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndəki komandanlığı bildirib.  

Məlumata görə, koalisiya qüvvələri mərmini Məkkənin təxminən 65 km-də məhv ediblər. “Reuters”in məlumatına görə, Səudiyyə Ərəbistanı tərəfindən cavab atəşi açılıb. 

Qiyamçı-husilər ballistik raket atışını təsdiq ediblər, amma onların sözlərinə görə, hədəf krallıqda ən çox sıxlıq müşahidə edilən Kral Əbdül-Əziz aeroportu idi. 


ucarliyiq.biz