» » Yaponiya Kuril adaları üzrə sülh sazişi bağlamağın tərəfdarıdır

Yaponiya Kuril adaları üzrə sülh sazişi bağlamağın tərəfdarıdır

Yaponiya Kuril adaları üzrə sülh sazişi bağlamağın tərəfdarıdır

Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Koiti Xaqiuda bəyan edib ki, Yaponiya Kuril adalarının ərazi məsələsinin həllinin və Rusiya ilə sülh sazişinin bağlanmasının tərəfdarıdır. 

Ucarliyiq.biz bu barədə TASS-a istinadən xəbər verir. 

Xaqiuda, həmçinin vurğulayıb ki, Tokio yapon baş naziri Sindzo Abe və Rusiya prezidenti Vladimir Putin arasındakı etibarlı münasibətlərə əsaslanaraq Moskva ilə danışıqlar aparmağa davam edəcək.

“Baş nazir Abe və prezident Putin ölkələr arasında 70 il münasibət olduğu halda, sülh haqqında sazişin imzalanmamasının normal olmadığını anlayırlar. Öz tərəfimizdən biz dörd adanın mənsubiyyət problemini həll edərək sülh sazişi bağlamaq üzrə danışıqlar aparmaq niyyətindəyik”, - o deyib. 


ucarliyiq.biz