» » ABŞ-da etiraz aksiyasında 120-yə yaxın şəxs saxlanıldı

ABŞ-da etiraz aksiyasında 120-yə yaxın şəxs saxlanıldı

ABŞ-da etiraz aksiyasında 120-yə yaxın şəxs saxlanıldı

Şimali Dokota ştatında hüquq-mühafizə orqanı əməkdaşları ştatda boru kəmərinin inşa edilməsinə etiraz edən aksiyanın dağıdılması nəticəsində 117-dən çox şəxs həbs edilib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 

Məlumata görə, hadisə nəticəsində ciddi xəsarət alan yoxdur. Saxlanılanlar arasında hüquq-mühafizə orqanı əməkdaşları ilə qarşıdurma yaradan fəal da var. 

Həbsə cəhd zamanı qadın üstündə olan tapançadan üç dəfə atəş açıb, amma hədəfə dəyməyib. 


ucarliyiq.biz