» » Myanma sahillərində təyyarə dənizə düşüb

Myanma sahillərində təyyarə dənizə düşüb

Myanma sahillərində təyyarə dənizə düşüb

Naməlum təyyarə Myanmanın qərb sahilində qəzaya uğrayıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə cümə günü “Reuters” agentliyi Myanmanın Mülki Aviasiya departamentinə istinadən məlumat yayıb. 

“Biz hələlik dəqiqliklə yalnız bir şeyi deyə bilərik: bu təyyarə Myanma aviaşirkətlərinə məxsus deyil, bizim təyyarələrimizin harada olması və vəziyyəti barədə dəqiq informasiyamız var”, - departamentin əməkdaşı Tin Maunq Ni agentliyə bildirib. 

Myanma hakimiyyəti hazırda qəzaya uğrayan təyyarənin kimə aid olduğunu aydınlaşdırmağa çalışır və onun qəzaya uğradığı koordinatlar barədə informasiyanı yoxlayır, məlumatda deyilir. 


ucarliyiq.biz