» » Tunisdə qadınlardan ibarət terror hücrəsi zərərsizləşdirilib

Tunisdə qadınlardan ibarət terror hücrəsi zərərsizləşdirilib

Tunisdə qadınlardan ibarət terror hücrəsi zərərsizləşdirilib

Tunis polisi tərəfindən tərkibinə qadınların daxil olduğu terror hücrənin fəaliyyətinin üstü açılıb.

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə “Tunisie Numerique” portalı məlumat yayıb. 

Məlumata görə, bu cinayətkar qrup dövlət təhlükəsizlik idarələrində, eləcə də regional yollarda yerləşən polis məntəqələrində terror aktları törətməyi planlaşdırırdı. Bununla yanaşı, portalın dəqiqləşdirdiyi kimi, terror aktlarının törədilməsi üçün terrorçular kamikadze kəmərindən istifadə etməyi nəzərdə tuturdular.  

Saxlanılan şəxslər arasında 2015-ci ilin iyulunda öldürülən “Okba ibn Nafaa” qruplaşmasının radikal islamçı rəhbəri Murad Qarsalinin bacısı da var. 


ucarliyiq.biz