» » Həyatının 47 ilini xəstəxanada keçirən türk dünyasını dəyişdi

Həyatının 47 ilini xəstəxanada keçirən türk dünyasını dəyişdi

Həyatının 47 ilini xəstəxanada keçirən türk dünyasını dəyişdi

Abdulla Kozan 1968-ci ildə xəstəxanaya yerləşdirilmişdir.

Türkiyədə 70 yaşlı kişi ömrünün 47 ilini xəstəxanada keçirdikdən sonra dünyasını dəyişib.

ucarliyiq.biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, Abdulla Kozan 1968-ci ildə hərbi xidmətdə olarkən astma və şəkərli diabetdən əziyyət çəkdiyi üçün hospitala yerləşdirilib.

Həkimlər Abdullanın gedəcəyi yeri olmadığı üçün, ona xəstəxanada yaşamağa icazə veriblər.

70 yaşlı Abdullanın Türkiyədə ən kasıb təbəqəyə verilən yaşıl kartı da var idi.

Xəstəxananın personalı Abdullanın çox mehriban bir adam olduğunu və onlara hər işində kömək etdiyini bildiriblər. Bunun əvəzində rəhbərlik Abdullanı hər dəfə müalicəsi qurtardıqdan sonra yenidən qeydiyyatdan keçirdirdilər.