» » KXDR Yaponiya və ABŞ-ı hədələdi

KXDR Yaponiya və ABŞ-ı hədələdi

KXDR Yaponiya və ABŞ-ı hədələdi

Koreya xalq demokratik respublikası “kiçik bir təxribat baş verdiyi halda” ABŞ-a və onun Yaponiya da daxil olmaqla müttəviqlərinə zərbə endirməyə qadirdir. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.  

Qeyd edilir ki, Yaponiya “koreya xalqının qatı düşmanı olaraq qalacaq”. 

“KXDR hücum nüvə vasitələri düşmənlər tərəfindən xalq respublikasının suverenliyinə və hüquqlarına qarşı kiçik təxribat baş verdiyi halda onlara zərbə endirməyə hazırdır”, - məlumatda deyilir. 

Bundan başqa KMTA-nın məlumatında raket və nüvə sınaqları üçün Phenyana təzyiqin artırılmasının tərəfdarı olan Yaponiyanın xarici işlər naziri Fumio Kisida tənqid edilib.

ucarliyiq.biz