» » "Əcəb edib" - Rasim Balayev Fuad Poladovun qərarı barədə

"Əcəb edib" - Rasim Balayev Fuad Poladovun qərarı barədə

"Əcəb edib" - Rasim Balayev Fuad Poladovun qərarı barədə

"Fuad Poladov düz addım atıb". Bu sözləri aznews.az-a xalq artisti Rasim Balayev Fuad Poladovun Akademik milli Dram Teatrından gedişinə münasibət bildirərkən deyib. O, hesab edir ki, Fuad Poladov kimi aktyorun gedişi Akademik teatr üçün xoş hadisə deyil:

"Fuad Poladovun gedişini eşitdim. Çox üzüldüm. Görünür incidiblər, bu da xoşuna gəlməyib. Əcəb edib gedib. Düz edib. Yəqin ki, teatr bu gedişlə çox şey itirəcək. Fuad kimi aktyor indi yoxdur, azdır. Gündən-günə azalırıq".