» » Azərbaycanlı əməkdar artist Ərdoğanın qızı və kürəkəni ilə - FOTO

Azərbaycanlı əməkdar artist Ərdoğanın qızı və kürəkəni ilə - FOTO

Azərbaycanlı əməkdar artist Ərdoğanın qızı və kürəkəni ilə - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Türkiyə Cümhuriyyətinin elan olunmasının 93-cü ildönümü münasibətilə Prezident İqamətgahında mərasim təşkil edib.

Ucarliyiq.biz musavat.com-a istinadən bildirir ki, mərasimə siyasət, biznes, idman və sənət dünyasının tanınmış simaları qatılıblar.
Onların arasında Orhan Gəncəbay, Engin Altan Düzyatan, Acun İlıcalı, Kibariye, Burcu Əsmərsoy, Əsər Udar, Oğuzhan Koç, İbrahim Büyükayı, İrəm Dərici, Hakan Peker, Emir Berke Zincidi, Murat Yıldırım, Tolgahan Sayışman, Serkan Çağrı, Uraz Kaygılaroğlu, Metin Şentürk, Vilma Elles kimi məşhur simalar olub.
Mərasimə qatılan yeganə azərbaycanlı sənətçi, əməkdar artist Məlahət Abbasova təəssüratlarını sosial şəbəkədə bölüşüb: "Prezident Sarayında Türkiyə Cümhuriyyətinin elan olunmasının 93-cü ildönümü münasibətilə təşkil olunan mərasimə dəvət olunan yeganə azərbaycanlı sənətçi idim. Bu, mənə qürur hissi verdi. Prezident və həyat yoldaşı ilə maraqlı söhbətimiz oldu. Azərbaycana göstərdikləri diqqətə görə təşəkkür edirəm. İnsanların çox olmasına baxmayaraq, mənim serial və teatr fəaliyyətimlə maraqlanmaları məni xoşbəxt etdi. Daha sonra qızları Esra Albayraq və kürəkənləri Barat Albayraqla uzunmüddətli söhbətimiz oldu. Həm prezidentimizə, həm ailəsinə onları teatrda görmək istədiyimizi, bu ziyarətin bizi xoşbəxt edəcəyini dedim. Əminə və Esra xanım gələcəklərini bildirdilər. Mənə göstərdikləri diqqətə görə prezidentə və ailəsinə minnətdaram".

Azərbaycanlı əməkdar artist Ərdoğanın qızı və kürəkəni ilə - FOTO
Azərbaycanlı əməkdar artist Ərdoğanın qızı və kürəkəni ilə - FOTO
Azərbaycanlı əməkdar artist Ərdoğanın qızı və kürəkəni ilə - FOTO