» » Fələstinin bayrağı BMT-də ucaldılıb

Fələstinin bayrağı BMT-də ucaldılıb

Fələstinin bayrağı BMT-də ucaldılıb

“Bu tarixi hadisədir”.

Müşahidəçi statusuna malik Fələstinin bayrağı bu gün BMT-nin mənzil-qərargahında ucaldılıb.

Bu barədə ucarliyiq.biz xəbər verir.

“Fələstin xalqının adından mən bu bayrağı BMT-də qaldırıram. Bu tarixi hadisədir. 30 sentyabr Fələstin bayrağı günü olacaq” - Fələstin lideri Mahmud Abbas bəyan edib.

BMT-nin baş katibi Pan Qi Mun bildirib ki, bu gün bütün fələstinliləri üçün qürur günüdür.

Bundan əvvəl, BMT-nin Baş Assambleyası BMT-nin üzvü olmayan, lakin müşahidəçi statusuna malik olan dövlətlərin bayraqlarının qaldırılmasına dair qətnamə qəbul edib.