» » “Eurovision - 2017”-də 43 ölkə iştirak edəcək

“Eurovision - 2017”-də 43 ölkə iştirak edəcək

“Eurovision - 2017”-də 43 ölkə iştirak edəcək

“Eurovision - 2017” Mahnı Müsabiqəsində iştirak edəcək ölkələrin sayı açıqlanıb.

Ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumata görə, müsabiqəyə ümumilikdə 43 ölkə qatılacaq. Bu il Rumıniya və Portuqaliyanın da adı siyahıya əlavə olunub. 62-ci dəfə baş tutacaq müsabiqə Ukraynanın paytaxı Kiyevdə keçiriləcək. Yarışmanın keçiriləcəyi Beynəlxalq Sərgi Mərkəzi 11 min tamaşaçı tutumuna malikdir. Biletlər haqqında məlumat yaxın aylarda açıqlanacaq.

Yarışmada Azərbaycan təmsilçisi də iştirak edəcək. Türkiyə isə ötən il olduğu kimi, bu il də müsabiqəyə qatılmayacaq.

Qeyd edək ki, “Eurovision – 2016” mahnı yarışmasının qalibi ukraynalı Jamala olub. Müsabiqə növbəti ilin may ayında keçiriləcək. 

A.S.
ucarliyiq.biz