» » Türkmənbaşı Putinlə görüşə hazırlaşır

Türkmənbaşı Putinlə görüşə hazırlaşır

Türkmənbaşı Putinlə görüşə hazırlaşır

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov çərşənbə axşamı Rusiyaya səfər edəcək və rusiyalı lider Vladimir Putin ilə danışılar aparacaq. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

“Noyabrın 1-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Rusiyaya işgüzar səfər edəcək”, - məlumatda deyilir. 

Yüksək səviyyədə danışıqlar zamanı ikitərəfli əməkdaşlığın əsas mövzularının nəzərdən keçiriləcəyi gözlənilir. Aktual regional məsələlər üzrə fikir mübadiləsinin olacağı da ehtimal edilir. 

ucarliyiq.biz