» » Qırğızıstan prezidenti referendumun keçirilməsi haqqında qanun imzalayıb

Qırğızıstan prezidenti referendumun keçirilməsi haqqında qanun imzalayıb

Qırğızıstan prezidenti referendumun keçirilməsi haqqında qanun imzalayıb

Qırğızıstan prezidenti Almazbəy Atambayev bazar ertəsi, deputat və ya bir qrup seçicilərin təşəbbüsü ilə keçiriləcək referendum haqqında qanun imzalayıb.  

Ucarliyiq.biz xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat verib.  

Düzəlişlərə müvafiq olaraq, referendumun təyin edilməsi Joqorku keneşdə (birpalatalı parlament) xalqın təşəbbüsü ilə nəzərdən keçirilə bilər. Bunun üçün əvvəlki kimi 300 min deyil, 10 min seçicinin imzasının toplanması yetərlidir. Bundan başqa, təşəbbüskarlar parlament deputatları da ola bilərlər.  

Referenduma konstitusiyaya dəyişikliklər məsələsi daxil edildiyi halda, təşəbbüskarların sayı parlamentarilərin ümumi sayının üçdən ikisi və ya 300 min ölkə vətəndaşı təşkil etməlidir.

Qırğızıstan konstitusiyasının dəyişdirilməsi haqqında dekabrın 11-nə təyin edilmiş qarşıdan gələn referendum qəbul edilən qanuna müvafiq olaraq keçiriləcəyi gözlənilir. 


ucarliyiq.biz