» » İraqın xüsusi təyinatlıları Mosula hücuma keçdi

İraqın xüsusi təyinatlıları Mosula hücuma keçdi

İraqın xüsusi təyinatlıları Mosula hücuma keçdi

İraqın terror əleyhinə dəstələri iki ildən artıqdır ki “İslam dövləti” yaraqlılarının əlində olan Mosula hücuma keçib. Xüsusi təyinatlıların döyüşçüləri şəhərin şərq istiqamətində Əl-Karama rayonu istiqamətində şəhərə daxil olublar. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb. 

Daha öncə İraq ordusunun komandanlarından biri qoşunların bir neçə saat sonra şəhərə daxil ola biləcəyinə dair bəyanat vermişdi. 

Bazar ertəsi İraqın hökumət qoşunları üçgünülük fasilədən sonra Mosula hücumu bərpa edib. 

Mosula miqyaslı hücum oktyabrın 17-dən ABŞ-ın rəhbərlik etdiyi koalisiya aviasiyasının dəstəyi ilə İraq hərbçiləri və polis qüvvələri, eləcə də kürd qruplaşmaları tərəfindən həyata keçirilir. 

Amerikalı hərbçilərin məlumatına görə, Mosulun azad edilməsi istiqamətində əməliyyatın başlanmasından indiyə qədər 800-900 yaraqlı məhv edilib. 


ucarliyiq.biz