» » OPEK ölkələri İraqa güzəştə gedəcəklər

OPEK ölkələri İraqa güzəştə gedəcəklər

OPEK ölkələri İraqa güzəştə gedəcəklər

Bu, ölkəyə neft satışından maksimal gəlir əldə etmək vacibdir.

Bəzi əsas OPEK üzvü olan ölkələr, o cümlədən Səudiyyə Ərəbistanı neft hasilatının məhdudlaşdırılması ilə bağlı anlaşmada İraqa xüsusi imtiyazların təqdim edilməsi məsələsini dəstəkləyə bilər. 

Ucarliyiq.biz-ın məlumatına görə, “Report” “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlamanı OPEK üzvü olan ölkələrdən birinin nümayəndəsi verib.

Qeyd edək ki, İraqın neft naziri Cabbar əl-Laibi OPEK-i ölkəsinin neft hasilatının məhdudlaşdırılması prosesində iştirak etməməsi üçün icazə verməyə çağırıb. Belə ki, onun ölkəsi hazırda antiterror əməliyyatları aparır. 

Bu səbəbdən İraqın neft satışından maksimal gəlir əldə etməsi vacibdir. Bu səbəbdən bəzi ölkələr İraqın neft hasilatını artırmasından ehtiyatlanmayaraq ona xüsusi şərtlərlə çalışmaq imkanı verməyə razı olacağını bildiriblər.

Xatırladaq ki, hasilatın məhdudlaşdırılması ilə bağlı son qərar OPEK-in noyabrın 30-da Vyanada (Avstriya) keçiriləcək sammitində veriləcək.


ucarliyiq.biz