» » Dünyanın ən yaşlı aktyoru vəfat edib

Dünyanın ən yaşlı aktyoru vəfat edib

Dünyanın ən yaşlı aktyoru vəfat edib

Rusiyalı aktyor Vladimir Zeldin dünyasını dəyişib.

Ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumata görə, 102 yaşlı Vladimir Zeldin dünyanın ən yaşlı aktyoru hesab olunurdu. Aktyor bir neçə gün əvvəl ağır vəziyyətdə Moskvadakı xəstəxanalarından birinə yerləşdirilmişdi.

Vladimir Zeldin 1914-cü ildə Rusiyanın Tambov quberniyasında anadan olub. 30-cu illərdə “Bolşoy teatr”ın nəzdindəki Xoreoqrafiya Məktəbində təhsil alıb. Sonralar fəaliyyətini teatrda davam etdirərək Şiller, Şekspir və Ostrovskinin əsərlərində baş rollarda çıxış edib. V.Zeldin “Donuzabaxan və çoban”, “Vanya əmi”, Karnaval gecəsi” filmlərində çıxış edib. Aktyor 100 yaşını teatrda qarşılamışdı. 

A.S.
ucarliyiq.biz