» » “Mançester Yunayted”in sabiq futbolçusu katolik rahibi oldu

“Mançester Yunayted”in sabiq futbolçusu katolik rahibi oldu

“Mançester Yunayted”in sabiq futbolçusu katolik rahibi oldu

“Mançester Yunayted” futbol klubunun sabiq yarımmüdafiəçisi Filip Malrayn katolik rahibi olub. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb. 

Nəşrin məlumatına görə, 38 yaşlı Malrayn oktyabrın 29-da katolik kilsəsinin dyakonu rütbəsinə layiq görülüb. O, 2009-cu ildə Papa İrlandiya Kollecinə daxil olub, burada dini təhsil alıb. 

Malrayn 2008-ci ildə karyerasına son verib. O, “Mançester Yunayted”in yetirməsidir və 1996-cı ildən 1999-cu ilə qədər birinci komandanın tərkibində olub. Futbolçunun hesabında Şimali İrlandiya yığmasının tərkibində 27 matç və üç qol var. 


ucarliyiq.biz