» » ABŞ-da yük maşını Hellouin qeyd edən uşaqların olduğu qoşquya çırpılıb

ABŞ-da yük maşını Hellouin qeyd edən uşaqların olduğu qoşquya çırpılıb

ABŞ-da yük maşını Hellouin qeyd edən uşaqların olduğu qoşquya çırpılıb

Amerikanın Missisipi ştatında yük maşınının uşaqların olduğu qoşquya çırpılması nəticəsində üç nəfər ölüb, yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.  

Ucarliyiq.biz xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “NBC News” telekanalı məlumat yayıb. 

Qəza Çanki şəhərində baş verib. Yük maşını Hellouin qeyd edən uşaqların və böyüklərin olduğu açıq qoşquya çırpılıb. İkisi uşaq olmaqla üç nəfər ölüb, yeddi nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların xəstəxanaya aparılması üçün helikopter lazım olub. 

Qəzanın səbəbləri bildirilməyib. Polis araşdırma aparır. 


ucarliyiq.biz