» » Ukraynalı politoloqu “Birinci kanal”da döydülər

Ukraynalı politoloqu “Birinci kanal”da döydülər

Ukraynalı politoloqu “Birinci kanal”da döydülər

“Birinci kanal”ın “Zaman göstərər” tok-şounun efirində fasilə zamanı ukraynalı politoloq Vyaçeslav Kovtunun üzünə zərbə vurublar. 

Ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə reklam fasiləsindən sonra aparıcı Artem Şeynin bildirib.

O, Kovtunu kimin vurduğunu dəqiqləşdirməyib, amma ondan zaldakı tamaşaçılar qarşısında üzr istəyib. 

“Reklam fasiləsi zamanı dava baş verdi, sizi vurdular. Bu, doğru deyil, yolverilməzdir, sizdən üzr istəyirəm. Amma mən bu emosiyaların Ukraynada tüğyan edən cəfəngiyyatdan irəli gəldiyini təkid edirəm, bu emosiyaları burada müzakirə etməli, bütün şeytanları üzə çıxarmalıyıq”, - Şeynin deyib. 

Daha öncə efirlərin birində Kovtun ukraynalı jurnalist Yuri Kotdan da zərbə almışdı. 


ucarliyiq.biz