» » Türkiyə ordusunun Baş Qərargah rəisi Rusiyada səfərdədir

Türkiyə ordusunun Baş Qərargah rəisi Rusiyada səfərdədir

Türkiyə ordusunun Baş Qərargah rəisi Rusiyada səfərdədir

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Rusiyaya səfər edib.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bu barədə NTV məlumat verib.

Məlumata əsasən, o, rusiyalı həmkarı, ordu generalı Valeri Gerasimovla görüşəcək. 

Məlumata görə, səfər çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlıq, habelə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun bu il avqustun 26-da Türkiyəyə səfəri təxirə salınıb. O, sentyabrın 15-də Türkiyəyə səfər edib. 

N.О.