» » "Ana olmağımı eşidəndə çox əsəbiləşdi" - əməkdar artist

"Ana olmağımı eşidəndə çox əsəbiləşdi" - əməkdar artist

"Ana olmağımı eşidəndə çox əsəbiləşdi" - əməkdar artist

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan əməkdar artist Vəfa Zeynalova şəxsi həyatı ilə bağlı açıqlama verib.

Aktrisa bildirib ki, heç vaxt erkən yaşda ailə qurmağı arzulamayıb:

"Məndə hər şey birdən-birə alındı. Universitetə qəbul oldum. Dərhal rollar almağa başladım. Həmin dövrdə nişanlandım. Rol aldığım bir filmin çəkilişləri bitənə yaxın ailə həyatı qurdum. Universiteti bitirəndə isə artıq ana idim. Mən ailə qurmağa heç vaxt tələsməmişəm. Özüm üçün yaş müəyyən etmişdim. Amma hər şey anidən baş verdi. İdmanla məşğul olub, karyeramı o yöndə qurmaq istəyirdim. Buna baxmayaraq tamam fərqli sahəyə gəldim. Yoldaşımla 2 ilə yaxın dost münasibətində olmuşuq. Sonra ailə qurmağa qərar verdik. Bu ərəfələrdə isə sənətdən uzaqlaşdım. Ana olmağa hazırlaşdığımı deyəndə, rejissorlar mənə çox əsəbiləşirdi. Çünki təklifləri qəbul edə bilmirdim".