» » Türkiyə amerikan “F-35”-ləri alır

Türkiyə amerikan “F-35”-ləri alır

Türkiyə amerikan “F-35”-ləri alır

Amerikanın beşinci nəsil “F-35” qırıcı-bombardmançıları 2018-ci ildə Türkiyə HHQ-nin silahlanmasında olacaq.   

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

“Biz müdafiə sənayemizin gücünü artırmaq qərarına gəlmişik. 26 layihəni inkişaf etdirəcəyik. 2018-ci ildə “F-35”-lərin ilk partiyası Türkiyəyə gətiriləcək. Onların detallarının yarısından çoxu Türkiyədən istehsal olunacaq, montaj da burda ediləcək”, - Ədalət və İnkişaf Partiyasının iclasında çıxış edərkən Yıldırım bəyan edib. 

O əlavə edib ki, Türkiyə ordunu 2023-cü il üçün maksimal şəkildə yerli silahlanmaya keçirməyi məqsəd qoyub. Bu sahədə sərmayə 14 il ərzində 35 milyard dollardan ibarət olub.    

“Lockheed Martin F-35 Lightning” II proqramının yaradılması təxminən 1,5 trilyon dollara başa gəlib – bu, tarixdə silah istehsalının ən bahalı proqramıdır. 

Qeyd edək ki, beşinci nəsil “F-35” qırıcı-bombardmançıları ABŞ ordusunun sərəncamına bu il daxil olub. Bu təyyarələr Böyük Britaniya və İsrailin də sərəncamında yer alır. 


ucarliyiq.biz