» » İraq qoşunları Mosulun kvartallarından birini İŞİD-dən azad etdi

İraq qoşunları Mosulun kvartallarından birini İŞİD-dən azad etdi

İraq qoşunları Mosulun kvartallarından birini İŞİD-dən azad etdi

İraq ordusunun terror əleyhinə əməliyyat dəstələri Mosulun Kokcali kvartalını tamamən “İslam dövləti” terror təşkilatının yaraqlılarından təmizləyiblər.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. 

Bundan başqa, agentliyin məlumatına görə, İraqın federal polis qüvvələri yaraqlıları Hammam-əl-Alil rayonunda da sıxışdırırlar və rayonun azad edilməsi istiqamətində əməliyyata hazırlaşırlar. 

Daha öncə İraq qoşunları yaraqlıların müqavimətinə baxmayaraq, Mosulun şərq istiamətindən şəhərin mərkəzinə doğru irəlilədiklərinə dair məlumat yayılmışdı.


ucarliyiq.biz