» » İraq HHQ terror qruplaşmasının liderlərindən birini zərərsizləşdirib

İraq HHQ terror qruplaşmasının liderlərindən birini zərərsizləşdirib

İraq HHQ terror qruplaşmasının liderlərindən birini zərərsizləşdirib

İraqın Hərbi Hava Qüvvələri (HHQ) Mosula endirdiyi aviazərbələrin gedişatında “İslam dövləti” (İŞİD) terror təşkilatına sədaqət andı içən “Cund əl-Xilafə” (Xilafət əsgərləri) terror qruplaşmasının liderlərindən birini zərərsizləşdirib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Əs-Sumariya” telekanalında məlumat yayılıb.

Məlumata görə, yaraqlıların şəhərin mərkəzində yerləşən qərargahına aviahücum nəticəsində daha yeddi yaraqlı məhv edilib. 

Mosulun İŞİD yaraqlılarından azad edilməsi üzrə yerüstü hərbi əməliyyat oktyabrın 17-də başlayıb. İraqın hökumət qoşunlarından başqa əməliyyatda həmçinin kürd qruplaşmaları, eləcə də ABŞ-ın rəhbərlik etdiyi terror əleyhinə beynəlxalq koalisiya da iştirak edir. İraqın ikinci böyük şəhəri olan Mosul iki ildən artıqdır ki, İŞİD-in nəzarəti altındadır. 


ucarliyiq.biz