» » İraq qoşunları Mosulun mərkəzinə doğru irəliləyir

İraq qoşunları Mosulun mərkəzinə doğru irəliləyir

İraq qoşunları Mosulun mərkəzinə doğru irəliləyir

İraq qoşunları yaraqlıların müqavimətinə baxmayaraq, Mosulun şərq istiqamətindən şəhərin mərkəzinə doğru irəliləyir.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Associated Press” xüsusi təyinatlıların generalı Sami əl-Aridiyə istinadən məlumat yayıb. 

Qoşunlar şəhər daxilində olan Qoqhalı rayonuna daxil olublar və hazırda mərkəzi Karama rayonundan 800 km uzaqlıqdadırlar.  

İraq qoşunları “İslam dövləti” (İŞİD) qruplaşmasının mövqelərini tank və artilleriyadan atəşə tutublar. Yaraqlılar cavab olaraq tank əleyhinə və atıcı silahlardan atəş açıblar. Eləcə də yol boyu bombalar qoyulub. 

Daha öncə İraq ordusunun yaraqlıların əlində olan Mosula hücum etdikləri barədə məlumat yayılıb. 


ucarliyiq.biz