» » Rusiyanın zərbə aviaqrupu Azərbaycandan keçib Suriyaya uçdu

Rusiyanın zərbə aviaqrupu Azərbaycandan keçib Suriyaya uçdu

Rusiyanın zərbə aviaqrupu Azərbaycandan keçib Suriyaya uçdu

Əməliyyata cəlb edilmiş hərbçilərin ümumi sayı dəqiqləşdirilmir.

Suriyaya Rusiya Federasiyasının tam qüvvəli hava-kosmik qüvvələrinin qarışıq aviaqrupu göndərilib, Komersant qəzeti yazır.  

“Latakiya yaxınlığında Hmeymim aerodromlarında RF-nin hava-kosmik qüvvələrinin silahlanmasında olan Su-24M və Su-34 bombardmançılarından, Su-25SM hücum və Su-30SM qırıcı təyyarələrindən, eləcə də Mi-24 və çoxməqsədli Mi-8 helikopterlərindən ibarət tam qüvvəli aviaqrup yaradılıb”, - nəşr operativ hərbi idarə orqanlarında olan mənbəyə istinadən bildirib.

Qəzet qeyd edir ki, qeyri-rəsmi məlumata əsasən, onların Latakiyaya atılması “Mərkəz-2015” hərbi təlimlərinin başlanması və ondan öncə Mərkəzi hərbi dairənin təcili yoxlanması (sentyabrın 11-dən 20-nə kimi) ilə paralel olub.

Belə ki, 120-ci qarışıq avia-alayın Domna aviabazasından (Çita vilayəti) dörd Su-30SM təyyarəsi öncə Mozdoka, sentyabrın 18-də isə İl-76 hərbi-nəqliyyat təyyarəsinin müşayiəti ilə Azərbaycanın, İran və İraqın hava məkanından keçərək Latakiyada yerə enib, nəşr yazır.  

Bəzi təyyarələr isə (məsələn: altı ədəd Su-34) Suriyaya Azərbaycandan yan keçərək Xəzər dənizi, İran və İraq üzərindən gedib, “Komersant” dəqiqləşdirir.

Əməliyyata cəlb edilmiş hərbçilərin ümumi sayı Müdafiə Nazirliyində dəqiqləşdirilmir, qəzet qeyd edir.

Baş qərargahın rəis müavini Nikolay Boqdanovski yalnız müddətdən artıq xidmət edən əsgərlərin xaricdə heç bir əməliyyatda iştirak etməyəcəklərini vurğulayıb.