» » Londonda yük avtomobili şahzadəni vurub öldürdü

Londonda yük avtomobili şahzadəni vurub öldürdü

Londonda yük avtomobili şahzadəni vurub öldürdü

İtaliyalı şahzadə Filippo Korsini Londonda yük avtomobilinin altında qalaraq dünyasını dəyişib.

Ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə çərşənbə axşamı, noyabrın 1-də, Evening Standard nəşri yazır.

F.Korsini London universitetlərinin birində biznes üzrə təhsil alırdı. Oktyabrın 31-də Naytsbric rayonunda velosipedlə hərəkətdə olan 21 yaşlı gənci yük avtomobili vurub. Korsini aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.   

Nəşrin məlumatına əsasən, Filippo Korsini Florensiyanın ən qədim aristokrat nəslinin nümayəndəsidir. Roma Papası XII Klimentin (əsl adı Lorenso Korsini, 1730-1740-cı illərdə katolik kilsəsinə rəhbərlik edib) onun əcdadı olduğu bildirilir. 

[/b]
[b]ucarliyiq.biz