» » Bəşşər Əsəd prezident postundan gedəcəyi tarixi açıqlayıb

Bəşşər Əsəd prezident postundan gedəcəyi tarixi açıqlayıb

Bəşşər Əsəd prezident postundan gedəcəyi tarixi açıqlayıb

Suriya prezidenti Bəşşər Əsəd üçüncü prezidentlik müddətinin sonunadək - 2021-ci ilədək ölkəyə rəhbərlik etmək niyyətində olduğunu bildirib.    

Ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Bəşşər Əsəd “New York Times” nəşrinə müsahibəsində bildirib.

Suriya prezidenti, həmçinin qeyd edib ki, hökumət qüvvələri münaqişədə qalib gəlməyincə, ölkədə hər hansı siyasi dəyişikliklərin baş verməsi mümkünsüzdür.

“Suriyada hazırda ictimai quruluşun vəziyyəti münaqişədən əvvəlki dövrdən daha yaxşıdır”, - deyə Əsəd qeyd edib.  

Qeyd edək ki, Bəşşər Əsəd ilk dəfə 2000-ci ildə 97,3% səs toplayaraq Suriya prezidenti seçilib. O, 2007-ci ildə ikinci (97,62%), 2014-cü ildə üçüncü dəfə (88,7%) dövlət rəhbəri seçilib.

Suriyada prezidentlik müddəti 7 ildir.  

N.О.