» » Yekaterinburqda rəsmi olaraq HİV epidemiyası elan edildi

Yekaterinburqda rəsmi olaraq HİV epidemiyası elan edildi

Yekaterinburqda rəsmi olaraq HİV epidemiyası elan edildi

Yekaterinburqda hər 50-ci sakinin infeksiyaya yoluxduğu üçün, rəsmi olaraq HİV epidemiyası elan edilib.

Ucarliyiq.biz Ura.ru-ya istinadən xəbər verir ki, bu barədə Yekaterinburqun səhiyyə idarəsinin rəis müavini Tatyana Savinova bəyan edib.  

Onun sözlərinə görə, 100 min nəfərdən 1826 nəfər, yəni Yekaterinburqun 1,8% əhalisi bu virusa yoluxub.  

Yekaterinburqda 26693 HİV-ə yoluxma hadisəsi qeydə alınıb, bu rəsmi məlum olan göstəricilərdir, xəstəliyin real göstəricisi daha yüksəkdir. 

Yoluxma, əsasən, narkotik vasitələrin istifadəsi və cinsi əlaqə vasitəsilə (52% və 46%) baş verir, bununla yanaşı, Rusiyada HİV praktiki olaraq homoseksual əlaqələrlə yayılmır. 


ucarliyiq.biz