» » Nigerdə fermer və heyvandarlar arasında qarşıdurma: Ölənlər var

Nigerdə fermer və heyvandarlar arasında qarşıdurma: Ölənlər var

Nigerdə fermer və heyvandarlar arasında qarşıdurma: Ölənlər var

Nigerdə fermer və heyvandarların qarşıdurması nəticəsində ən azı 18 nəfər ölüb, 20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, qarşıdurma Nigeriya ilə sərhəddə olan Banji kəndində yerli heyvandarlardan birinin heyvanlarının bir fermerin tarlasını məhv etdikdən sonra başlayıb. 

“Köçəri heyvandarlar fermer ilə dalaşaraq onu yaralayıblar. O, xəstəxanaya yerləşdirilib, hər şey bundan sonra başlayıb”, - Banji meri bəyan edib.

Qarşıdurma zamanı bir neçə ev yandırılıb. 

“Polisin müdaxiləsi lazım olub”, - mer əlavə edib. 


ucarliyiq.biz