» » Rusiya aviasiyası Suriyadakı hədəflərə zərbələr endirdi – VİDEO

Rusiya aviasiyası Suriyadakı hədəflərə zərbələr endirdi – VİDEO

Rusiya aviasiyası Suriyadakı hədəflərə zərbələr endirdi – VİDEO

Zərbələrin rəsmi videoyazısı yayılıb.

2015-ci ilin 30 sentyabr tarixində Rusiyanın Federal Məclisinin Federasiya şurası Rusiya Hərbi qüvvələrinin Suriyada istifadəsini yekdilliklə qəbul edib.

Dünən Suriyanın Latakiya ərazisi yaxınlığında Bazel əl-Əsəd (“Hmeymim”) aerodromunda yerləşmiş Rusiya aviasiyası Suriyada olan İslam Dövlətinin mövqelərinə ilk zərbələrini endirib.

ucarliyiq.biz xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya aviasiyası Suriyada “İŞİD” obyektlərinə zərbə endirilən əməliyyat çərçivəsində 20-yə yaxın uçuş həyata keçirib.

Zərbələrin rəsmi videoyazısı (Su-24M təyyarəsindən) Rusiya Müdafiə Nazirliyi tərəfindən yayılıb:

Yaraqlıların yerdən çəkdikləri videoyazıda Rusiyanın dörd Su-24M təyyarəsinin islamçıların Latamina (Hama əyaləti) şəhəri yaxınlığında yerləşən lokal qərargahlarına zərbələr endirməsi əks olunub (çox güman ki, ilk zərbə Rusiya Müdafiə Nazirliyinin çarxındandır).