» » "Azərbaycan qadını kimi qadın heç yerdə yoxdur" - əməkdar artist ağladı

"Azərbaycan qadını kimi qadın heç yerdə yoxdur" - əməkdar artist ağladı

"Azərbaycan qadını kimi qadın heç yerdə yoxdur" - əməkdar artist ağladı

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan əməkdar artist Naibə Allahverdiyeva göz yaşlarına hakim ola bilməyib.

Tanınmış aktrisa verilişdə şeir səsləndirdikdən sonra hisslərini cilovlaya bilməyib.
N. Allahverdiyeva bildirib ki, qadınlar kişilərdən çox asılıdır:

"Mən istəyərdim ki, əks cinsin nümayəndələri qadınlarımıza sahib çıxsınlar. Görəndə ki, qadınlarımız çox əziyyət çəkir, çox pis oluram. Bizim qadınlarımız çox gözəldirlər. Həm ailəcanlı, həm də yoldaşlarına sadiq... Dünyada Azərbaycan qadını kimi qadın yoxdur.

Başqa millətlərin də qadınları ilə ünsiyyətdə olmuşam. Onlar tamam başqadır. Bizim qadınlarımız kişilərimizdən asılıdır. Bizim qadınlarımız öz yoldaşlarını özlərinə arxa-dayaq hesab edirlər. Mən çox istərdim ki, kişilərimiz qadınlarımıza sahib çıxsınlar".