» » İndoneziyada gəmi qəzaya uğrayıb: Ölənlər var

İndoneziyada gəmi qəzaya uğrayıb: Ölənlər var

İndoneziyada gəmi qəzaya uğrayıb: Ölənlər var

İndoneziyanın Batam adası yaxınlığında gəminin qəzaya uğraması nəticəsində ən azı 21 nəfər ölüb, 34 nəfər itkin düşüb. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə yerli səhiyyə idarəsinin nümayəndələri məlumat yayıb. 

Məlumata görə, gəmidə olan 38 nəfər xilas edilib. 

Gəmi Malayziyanın Cohor-Baru (Cohor ştatı) limanından İndoneziyaya üzürdü. Şahidlərin sözlərinə görə, gəmi güclü dalğa və küləyin əsməsi nəticəsində çevrilib. 

Hüquq-mühafizə orqanları hadisənin əsas səbəbi kimi İndoneziyadan mühacir-fəhlələri daşıyan gəminin həddən artıq yüklənməsi olub.  


ucarliyiq.biz