» » İraq ordusu Mosulda əməliyyatı dayandırıb

İraq ordusu Mosulda əməliyyatı dayandırıb

İraq ordusu Mosulda əməliyyatı dayandırıb

İraq qoşunları Mosul şəhərində görüntünün pis olduğu üçün hücum əməliyyatını dayandırıb.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin briqada generalı Hayder Fadhil bəyan edib. 

Ordu şəhərin şərqində mövqeləri qoruyub saxlayır. Yüksək rütubət və tutqun hava şəraiti görməni pisləşdirir, ona görə də aviasiya və PUA-nın istifadəsi çətinləşir. 

Hərbçilərin “İslam dövləti” yaraqlılarından azad etdikləri Kokcalı kvartalında arabir atəş səsləri eşidilir, yaraqlıların mövqeləri artilleriya silahlarından atəşə tutulur.  


ucarliyiq.biz