» » ABŞ-da iki polis güllələndi

ABŞ-da iki polis güllələndi

ABŞ-da iki polis güllələndi

Hadisə Amerikanın De-Moyn (Ayova ştatı) şəhərində baş verib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Associated Press” yerli polis departamentinə istinadən xəbər yayıb. 

Məlumata görə, atışma haqqında məlumat çərşənbə gününə keçən gecə daxil olub. Hadisə yerinə gələn polislər Urbandeyl şəhərindən olan zabitin meyitini aşkar ediblər. Amma 20 dəqiqə sonra De-Moyna departamentində digər polisin meyiti aşkarlanıb. 

“Polislərin pusqudan güllələndiyi güman edilir”, - KİV polis nümayəndəsinin sözlərini sitat gətirib. 

Polis axtarışa başlayıb. 


ucarliyiq.biz