» » Tehranın sabiq baş prokuroruna 135 şallaq vurulacaq

Tehranın sabiq baş prokuroruna 135 şallaq vurulacaq

Tehranın sabiq baş prokuroruna 135 şallaq vurulacaq

Tehranın sabiq baş prokuroru Səid Mortavazi (Saeed Mortazavi) 135 şallaq cəzasına məhkum edilib.

Ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, məhkəmə Mortavazini korrupsiya cinayətlərində təqsirli bilib.

İstintaqla müəyyən olunub ki, Mortavazi 2012-2013-cü illərdə İranın sosial təhlükəsizlik xidmətinin (yaşlı insanların və işsizlərin sığortası ilə məşğul olan qeyri-hökumət təşkilatı) rəhbəri olarkən “xalqın pullarını mənimsəyib və xərcləyib”. 

Hüquq müdafiəçiləri cəzanın yumşaq olmasından narazıdırlar.

Qeyd edək ki, 49 yaşlı Mortavazi sabiq prezident Mahmud Əhmədinejadın ən yaxın tərəfdarlarından biri sayılırdı. 

O, 2003-2009-cu illərdə İran paytaxtının baş prokuroru vəzifəsində çalışıb. Bu vəzifədə olarkən Mortavazi bir çox liberal qəzetlərin bağladılması, jurnalistlərin həbsə göndərilməsi, mitinqlərin güc tətbiq edilərək dağıdılması, həbsxanalarda işgəncələri dəstəkləməsi ilə tanınıb. 

Reuters qeyd edir ki, Mortavazi Əhmədinejadla Larincan klanının siyasi mübarizəsinin qurbanı olub.

[/b]
[b]ucarliyiq.biz