» » Fransada dörd məscid bağlanıb

Fransada dörd məscid bağlanıb

Fransada dörd məscid bağlanıb

Fransada fövqəladə vəziyyət rejimi ilə nəzərdə tutulan tədbirlərə müvafiq olaraq dörd məscid bağlanıb.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

“Bu məscidlər Fransa Respublikasının dəyərlərinə uyğun olmayan və ictimai təhlükəsizliyə təhlükə yaradan radikal ideologiyanın yayılmasına xidmət edib”, - deyə DİN-in yaydığı rəsmi məlumatda bildirilir.

Sözügedən bütün ibadət evləri Paris yaxınlığında yerləşən İl-de-Frans regionunda- Val-de-Marn, İvelin və Sena-Sen-Deni departamentlərində yerləşir.

Fransada fövqəladə rejim 2015-ci ilin noyabrında Parisdə törədilən terror aktından sonra tətbiq edilib.

[/b]
[b]ucarliyiq.biz