» » Pakistanda qatarlar toqquşub: Ölənlər var

Pakistanda qatarlar toqquşub: Ölənlər var

Pakistanda qatarlar toqquşub: Ölənlər var

Bu gün səhər saatlarında Pakistanın cənubundakı Karaçi liman şəhərində iki qatarın toqquşması nəticəsində ən azı 11 nəfər ölüb və 40 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.      

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə həkimlərə istinadən “Reuters” agentliyi məlumat yayıb. 

“Xəstəxanaya 11 ölü və 40 yaralı gətirilib”, - şəhər xəstəxanasının həkimlərindən biri agentliyə bildirib.  

Agentliyin məlumatına görə, Karaçi ilə digər yaşayış məntəqələri arasındakı dəmir yolu əlaqəsi kəsilib. 

“Sinyuxa” agentliyi bildirir ki, stansiyada dayanmış sərnişin qatarına həmin yola səhvən keçirilmiş digər qatar çırpılıb. Hadisə ilə əlaqədar araşdırma başlayıb.  


ucarliyiq.biz