» » Rusiyada azərbaycanlı qızını və arvadını öldürdü

Rusiyada azərbaycanlı qızını və arvadını öldürdü

Rusiyada azərbaycanlı qızını və arvadını öldürdü

Bu gün Rusiyanın Orsk şəhərinin polisləri iki nəfərin qətlində şübhəli bilinən şəxsi axtarır. İlkin məlumata görə, onun qətlə yetirdiyi şəxs qızı və arvadıdır.  

Ucarliyiq.biz “province.ru”ya istinadən xəbər verir ki, şübhəli bilinən şəxs 32 yaşlı Qardaşov Rauf Cəmaləddin oğludur. 

Noyabrın 2-də Qardaşovun 35 yaşlı həyat yoldaşı və dörd yaşlı qızının meyiti tapılıb. Qətlə yetirlənlərin meyitini ilkin olaraq öldürülən qadının anası aşkar edib və polisə bildirib. Qadının və qızın boğazı kəsilmişdi. 

Məlumata görə, Qardaşov Azərbaycan vətəndaşıdır. Qətldən bir gün öncə o, Federal Miqrasiya Xidmətindən ölkəni tərk etmək göstərişi alıb. 


ucarliyiq.biz